14 C
Baku
Sunday, November 24, 2024

NATO üzv ölkələrin müdafiə xərcləri üçün minimum müəyyən edəcək

NATO-nun Vilnüs sammitində Almaniya da daxil olmaqla müttəfiqlər müdafiə xərclərinin üzv ölkələrin ÜDM-nin minimum 2%-ni təşkil etməsində razılaşacaqlar.

Bunu NATO Baş katibi Yens Stoltenberq Almaniya Sənaye Federasiyasının təşkil etdiyi tədbirdə deyib.

O, Vilnüs sammitində həmçinin müttəfiq ölkələr üçün qabiliyyət hədəflərinin razılaşdırılacağını qeyd edib. Baş katib bildirib ki, bu hədəflərə hər bir müttəfiq ölkənin malik olmalı olduğu minlərlə müxtəlif imkanlar – tanklar, təyyarələr, sursat, gəmilər, hazırlıq və s. daxildir. “Bunun isə bədəli var. Bir çox müttəfiqlər üçün bu xərclər 2%-dən çox olacaq. Şübhə yoxdur ki, Almaniya da digər müttəfiqlər kimi müdafiə sahəsinə nəzərəçarpacaq investisiya qoymalı olacaq. Mən maliyyə naziri və Baş nazir olmuşam. Bilirəm ki, müdafiə xərclərini artırmaq çətindir. Çünki reallıq budur ki, əgər müdafiə üçün əlavə 1 milyard xərclənirsə – biz daha təhlükəli bir dünyada yaşadığımız üçün bunu etməliyik – səhiyyə, təhsil, infrastruktur sahələrinə, vergiləri azaltmağa 1 milyard az ayrılır. Beləliklə, bunun bir bədəli var. Ancaq reallıq budur ki, bütün NATO müttəfiqləri “soyuq müharibə”nin başa çatmasından sonra gərginlik azaldığı üçün müdafiə xərclərini azaldıblar. İndi isə gərginlik qalxıb və Ukraynada genişmiqyaslı müharibə gedir. Ona görə də mən Almaniyanın və digər müttəfiqlərin müdafiə sahəsinə daha çox investisiya qoymasını gözləyirəm”, – Stoltenberq qeyd edib.

Son xəbərlər
Digər xəbərlər