22 C
Baku
Thursday, April 18, 2024

NATO və Aİ liderləri Abeyə qarşı sui-qəsdi pisləyib

Avropa İttifaqı (Aİ) və NATO liderləri Yaponiyanın keçmiş Baş nazir Sinzo Abeyə sui-qəsdin törədilməsinə reaksiya veriblər.

Bu barədə rəsmilər “Twitter” hesablarında paylaşım ediblər.

NATO Baş katibi Yens Stoltenberq baş verən hadisəni “xain hücum” adlandırıb:

“Sindzo Abe seçicilərinin qarşısında çıxış edərkən onun xain hücuma məruz qalmasından – güllələnməsi xəbərindən dərindən sarsıldım. Düşüncələrim onun və ailəsinin yanındadır. NATO yaxın tərəfdaşımız Yaponiya xalqının və Baş nazir Kişida Fumionun yanındadır”.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də Abeyə dəstək ifadə edib: “Sindzo Abe, möhkəm dayan. Bizim fikirlərimiz və dualarımız sizin ailənizlə və Yaponiya xalqı ilədir”.

Aİ Şurasının Prezidenti Şarl Mişel də Abenin güllələnməsi xəbərindən sarsılıb. O, Abeni Avropanın əsl dostu adlandırıb:

“Peşə vəzifəsini yerinə yetirərkən Sindzo Abeyə edilən qorxaq hücumdan şok oldum və kədərləndim. O, əsl dost, çoxtərəfli nizamın və demokratik dəyərlərin qətiyyətli müdafiəçisidir. Aİ bu çətin vaxtlarda Yaponiya xalqının və Baş nazir Kişido Fumionun yanındadır”.

Müxtəlif ölkələrin dövlət və hökumət başçıları da Abeyə qarşı törədilən sui-qəsdi pisləyiblər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər