8 C
Baku
Friday, December 6, 2024

NATO xarici işlər nazirləri Ukraynanı müzakirə edəcəklər

Ukrayna və Kosovodakı vəziyyət NATO ölkələrinin xarici işlər nazirlərinin Osloda keçiriləcək ikigünlük görüşünün əsas mövzuları olacaq.

Çərşənbə günündə başlayacaq görüş qeyri-rəsmi xarakter daşıyır, ona görə də onun proqramının qalan hissəsi rəsmən elan edilməyib. Lakin Brüsseldəki diplomatik mənbələr və Avropa KİV-in məlumatına görə, iştirakçılar, həmçinin alyansın iyulda Vilnüsdə keçiriləcək sammitinə hazırlıq və hərbi xərclərin artırılması məsələlərini müzakirə edəcəklər.

 

“Politico” qəzetinin yazdığına görə, görüşdə, hərbi münaqişə səbəbindən alyansa daxil ola bilməyən Ukraynaya Vilnüs sammitində nə vəd edilə biləcəyi məsələsi də diqqətdə olacaq.

Görüş zamanı NATO-nun Ukraynaya gələcək hərbi yardımı da müzakirə ediləcək. 2022-ci ilin fevral ayının sonundan indiyədək alyansın heç bir iclası bu mövzu müzakirə olunmadan keçirilməyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər