NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-formal görüşü Osloda keçiriləcək.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu il 31 may – 1 iyunda keçiriləcək qeyri-formal görüşə Norveç ev sahibliyi edəcək.
“Mən Norveçin təklifinə görə minnətdaram və doğma şəhərimdə NATO xarici işlər nazirləri ilə görüşməyi səbirsizliklə gözləyirəm”, – Baş katib Stoltenberq bildirib.
“Bu, nazirlər üçün Rusiyanın Ukraynadakı amansız müharibəsi ilə bağlı əsaslı şəkildə dəyişmiş təhlükəsizlik vəziyyətini müzakirə etmək və Ukrayna xalqının qalib gələ bilməsi naminə bizim sarsılmaz dəstəyimiz üçün mühüm fürsət olacaq”, – o deyib.
Xarici işlər nazirləri 11-12 iyul tarixində Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO dövlət və hökumət başçılarının görüşünə hazırlıq məqsədilə qeyri-rəsmi müzakirələr aparacaqlar.