7 C
Baku
Thursday, December 12, 2024

NATO-ya kiberhücumlar artıb

NATO-nun baş katibi Yens Stoltenberq ittifaqın sistemlərinə kiberhücumların sayının kəskin şəkildə artdığını bəyan edib.

“Die Welt”ə istinadən xəbərə görə, Y. Stoltenberq bildirib ki, 2016-cı ildə kiberhücumların sayı əvvəlki illə müqayisədə 60% artaraq 500-ə çatıb. O deyib ki, hücumların əksəriyyəti fərdi xarakterli yox, dövlətlərin maliyyə dəstəyi ilə həyata keçirilib.

“Mən hadisələrin bu cür inkişafından ciddi narahatam. Kibermüdafiə NATO-nun növbəti sammitində əsas mövzulardan biri olacaq. Biz bu sahədə işi gücləndirməliyik”, – deyə baş katib söyləyib.

Y. Stoltenberq bir sıra NATO ölkələrindən onların seçki prosesinə müdaxilə edildiyi barədə məlumat aldıqlarını da əlavə edib.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər