“NATO düşmənin əvəzsiz demonizasiyasını (bir ölkənin başqa bir cəmiyyətdə aqressor, düşmən kimi təqdim edilməsini həyata keçirən təbliğat) tələb edəcək yeni silahlanma yarışına başlayır”.
Bunu “Valday” diskussiya klubunun sessiyasında Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib:
“NATO silahlanma yarışına başlayır və biz tarixdən bilirik ki, bu silahlanma yarışı – belə aqressiv hərbi birləşmə məcburi demonizasiya tələb edəcək. Düşmən hərbi planlaşdırma və düşmən siyasətinin bu qarışığı elə bir partlayıcı qarışıq yaradır ki, ondan çıxmaq çox çətindir. Nəinki Avropada, hətta bütün dünyada hərbi təhlükəsizlik sahəsində hansı dramatik hadisələrin baş verə biləcəyini indi söyləmək çox çətindir”.