4 C
Baku
Sunday, January 25, 2026

Naxçıvabank-ın maliyyə durumu açıqlandı

Naxçıvanın yeganə kommersiya bankının depozit portfeli 1 iyul 2020-ci il tarixinə 95.42 mln. manat olub.

Banker.az xəbər verir ki, bu barə “Naxçıvanbank”ın cari ilin ilk yarımilliyinə olan maliyyə hesabatında deyilir.

Təkcə bir il ərzində  bankın depozit portfeli 7% faiz artıb. Depozitlərin 19.68 mln. manatı fiziki şəxslərdən və 75.75 mln. manatı hüquqi şəxslərdən cəlb edilən vəsaitlərdir. Bundan əlavə bankın digər maliyyə institutlar qarşısında 56.44 mln. manat olub.

Hesabat dövründə, “Naxçıvanbank”ın cəmi öhdəlikləri 153.2 mln. manat təşkil edib.

Aktivləri böyüyüb…

“Naxçıvanbank”ın aktivləri 241.86 mln. manat olub. Bunun 106.76 mln. manatı müştərilərə verdiyi kreditlər təşkil edir. Kreditlər son bir il ərzində 41% artıb. Aktivlərinin 25.62 mln. manatı banklar və digər maliyyə institutlarına yatırılan depozitlər, 25.62 mln. manatı Mərkəzi Bankdakı müxbir hesablar olmuşdur.

Bankın cəmi kapitalı isə 88.66 mln. manat olub.

Son xəbərlər
Digər xəbərlər