9 C
Baku
Friday, December 27, 2024

Naxçıvan əhalisinin bank depozitləri həcmi artmaqdadır

Naxçıvan Muxtar Respublikasında bankların əhalidən cəlb etdiyi müddətli əmanətlərin həcmi 2023-cü ilin əvvəlindən 1 mln. 69.7 min manat və ya 7.55% artıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir.

Bununla da müddətli əmanətlərin həcmi 15 mln. 228.5 min manat təşkil edib. Bu da muxtar respublikada indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

Bildirilir ki, bu əmanətlərin 95.3%-i və ya 14 mln. 507.8 min manatı milli valyutada cəlb edilmişlərdir.

İlin əvvəli muxtar respublikada milli valyutada olan müddətli əmanətləri ilin əvvəli payı 94% idi.

1 2

Son xəbərlər
Digər xəbərlər