Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisi nin binası, Naxçıvan şəhəri

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qurumun sessiyasının çağırılması barədə müvafiq qərar imzalayıb.

Qərara əsasən, altıncı çağırış Naxçıvan Ali Məclisinin birinci sessiyası bu ilin fevral ayının 24-də saat 11:00-a təyin olunub. 

Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi, Ali Məclis Sədrinin müavinlərinin seçilməsi, Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi məsələləri daxil edilib.  

İclasda Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi məsələsinə də baxılacaq.

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

Toplantı Naxçıvan şəhərində keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qurumun sessiyasının çağırılması barədə müvafiq qərar imzalayıb. Qərara əsasən, altıncı çağırış Naxçıvan Ali Məclisinin birinci sessiyası bu ilin fevral ayının 24-də saat 11:00-a təyin olunub. 

Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi, Ali Məclis Sədrinin müavinlərinin seçilməsi, Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi məsələləri daxil edilib.  

İclasda Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrasının təsdiq edilməsi məsələsinə də baxılacaq.

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

Toplantı Naxçıvan şəhərində keçiriləcək. Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları