Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.
Sessiyada təşkilati məsələlərə baxılıb.
Sessiyanın gündəliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin, Ali Məclis Sədrinin müavinlərinin, Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi məsələləri olub.
Vasif Talıbov yenidən Naxçıvan Ali Məclisinin sədri seçilib.
Sessiyada çıxış edən Vasif Talıbov Ali Məclisin deputatlarına təşəkkürünü çatdırıb.
“Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər bir daha təsdiq etdi ki, ulu öndər Heydər Əliyev siyasi xətti Azərbaycanın inkişaf, sabitlik və rifah yoludur”,- deyə Vasif Talıbov əlavə edib.