7 C
Baku
Sunday, December 15, 2024

Naxçıvan Ali Məclisinə yeni hüquq verilir

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən onlyan iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək.

Qeyd edilib ki, “Media haqqında” qanunda dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması ilə əlaqədar hazırlanıb.

Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər