Naxçıvan Muxtar respublikası Ali Məclisinin növbədənkənar sessiyası yekunlaşıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası avqustun 16-da keçirilən iclasdan sonra başa çatıb.
Ali Məclisin iclasında “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanunlarına təklif olunan dəyişikliklər müzakirə edilib.
Qeyd edilən məsələlər ətrafında çıxışlardan sonra layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası öz işini başa çatdırıb.