11 C
Baku
Thursday, April 10, 2025

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyinatı olacaq

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyinatı olacaq.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən layihədə əksini tapıb.

Layihəyə əsasən, Mehdi Ədalət oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin ediləcək.

Qeyd edək ki, Mehdi Əliyev bundan əvvəl Naxçıvan MR Şərur rayon Məhkəməsinin sədri olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər