10 C
Baku
Friday, December 13, 2024

Naxçıvan Avtomobil Zavodu “Changan” avtomobillərinin istehsalına başlayıb

2021-ci ilin ötən dövrü ərzində yeni modelləri sırasına daha bir avtomobil əlavə edən Naxçıvan Avtomobil Zavodunda “Changan minik-yük”, “Changan minivan” markalı avtomobillərin istehsalına başlanılıb.

Banker.az xəbər verir ki,  növbəti aylarda 200 ədəd “Lifan 650”, 60 ədəd “Lifan X70”, 76 ədəd “FAW” markalı minik və yük avtomobillərinin istehsalına başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulmuş, 2010-cu ildə istismara verilmişdir. Zavod 2019-cu ildən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının tərkibinə daxil olmuş, istehsal olunan avtomobillərin “Cahan Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomobil salonlarında da satışı təşkil edilir.

Son xəbərlər
Digər xəbərlər