“Naz Lifan L7” markalı avtomobillər 7 sərnişin tutumuna malikdir və iki modifikasiyada – 1,2 və 1,5 litrlik mühərriklərlə təchiz olunub, minivan tiplidir. Hazırda zavodda 6 ədəd “LF 6431” və 3 ədəd “6431 B” modellərinin yığımı başa çatdırılıb.
Zavodun əməkdaşı Rəhim İsmayılovun verdiyi məlumata görə, avtomobillər mərkəzi qapanma sistemi, güzgülərin avtomatik nizamlanması, yan şüşələrin avtomatik enib-qalxması, EPS, ABS, SRS sistemləri ilə təchiz olunub. Beş pilləli mexaniki sürət qutusu ilə təchiz olunan avtomobillərdə yanacaq sərfiyyatı 6,2 litrdir. Avtomobillər 20 min manatdan başlayan qiymətlərlə satışa buraxılacaq.
14 düymlük alüminium disklər, bütün standartlara cavab verən təhlükəsizlik və müasir işıqlandırma sistemləri ilə təchiz olunan avtomobilin rahat oturacaqları və geniş interyeri onun ən yaxşı xüsusiyyətlərindəndir.