Bakı-Naxçıvan-Bakı marşrutu üzrə AZAL-dan açıqlama

Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə bütün dövlət təyinatlı yüklər prioritet qaydada və təmənnasız əsaslarla daşınacaq.

“Azərbaycan Hava Yolları” QSC-dən bildiriblər ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə koronavirus infeksiyasının (COVID-19) yayılması ilə mübarizə tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə bütün dövlət təyinatlı yüklərin prioritet qaydada və təmənnasız əsaslarla daşınmasını həyata keçirəcəkdir.

Qeyd edək ki, “AZAL” QSC-nin bütün struktur bölmələri gücləndirilmiş iş rejimində və hökumət qurumları ilə sıx əlaqədə işləməyə davam edirlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları