13 C
Baku
Saturday, November 23, 2024

“Naxçıvan Bank” böyüyüb, kredit portfeli və gəlirləri artıb

“Naxçıvan Bank” ASC 2021-ci ili 6 milyon 301 min manat mənfəətlə başa vurub. 2020-ci ilin eyni dövründə isə bank 7 milyon 323 min manat mənfəət etmişdir.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

2021-ci ildə “Naxçıvan Bank”ın gəlirləri 18 milyon 406 min manat (illik müqayisədə 9% çox), xərcləri 6 milyon 619 min manat (23% çox) təşkil edib. Əvvəlki ilin eyni dövründə bankın gəlirləri 16 milyon 926 min manat, xərcləri isə 5 milyon 372 min manat olub.

BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il yanvarın 1-nə “Naxçıvan Bank”ın aktivləri 343 milyon 757 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 15% çoxdur. Bunun 140 milyon 901 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 20% böyüyüb.

DEPOZİT PORTFELİ BÖYÜYÜB

Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 19% artaraq 245 milyon 876 min manata, o cümlədən depozit portfeli 27% artaraq 180 milyon 349 manata, balans kapitalı isə 7% artaraq 97 milyon 882 min manata çatıb.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 82.43 milyon manatdır.

n1 n2 n3
Son xəbərlər
Digər xəbərlər