6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

“Naxçıvan Bank”ın maliyyə durumu bəlli oldu

“Naxçıvan Bank” bu ilin yanvar-mart aylarını 2 milyon 178 min manat mənfəətlə başa vurub ki, bu, ötən ilin eyni dövrünə nisbətən bankın xalis mənfəəti 2 dəfəyə yaxın artıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

3 ay ərzində “Naxçıvan Bank”ın gəlirləri 3 milyon 975 min manat (illik müqayisədə 79% çox), xərcləri isə 1 milyon 367 min manat (29% çox) olub.

“Naxçıvan Bank”ın cəmi aktivləri 228 milyon 162 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 19% çoxdur. Bunun 103 milyon 638 min manatı müştərilərə verilmiş kreditlərdir. Son bir ildə bankın kredit portfeli 52% böyüyüb.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb.

Son xəbərlər
Oxşar xəbərlər