28 C
Baku
Saturday, July 27, 2024

Naxçıvan bankının kredit portfelinin aktivlərindəki çəkisi düşüb

Naxçıvan Muxtar Respublikasında Baş ofisi olan “Naxçıvanbank” ASC-nin aktivləri 196,54 mln. manata çatıb.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2018-ci il üzrə maliyyə göstəricilərində deyilir.

2018-ci ilin əvvəli ilə müqayisədə cəmi aktivləri 61,97 mln., yəni, 46% artım olması deməkdir. Bankın kredit portfelinin həcmi 64,85 mln. manat təşkil edib ki, bu illik aktivlərdəki artımla müqayisədə o qədər də böyük bir fərqlə artımın olması demək deyil.

Bildirək ki, ilin əvvəlində kredit portfelinin cəmi aktivlərdə payı 46% idisə ilin sonuna bu rəqəm 33%-ə düşüb.

Hazırda Naxçıvan bankının cəmi öhdəlikləri 118,38 mln. manat təşkil edir ki, bunun 75,51 mln. manatı müştərilərin banka yatırdığı əmanətlərdir.

 

 

Son xəbərlər
Digər xəbərlər