15 C
Baku
Bazar, Oktyabr 24, 2021

Naxçıvan bankının xalis mənfəəti 40% artıb

Naxçıvan Muxtar Respublikasının yeganə özəl bankı “Naxçıvanbank” ASC 2020-ci il üzrə 7.32 milyon manat həcmində xalis mənfəət etdiyini açıqlayıb. Bu öncəki illə müqayisədə 40% artımdır.

Banker.az bu barədə bankın 2020-ci il üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Bankın ötən faiz gəlirləri 11.97 mln manat, faiz xərcləri 0.76 mln manat, qeyri-faiz gəlirləri 4.96 mln manat və qeyri-faiz xərcləri 4.61 mln manat olub. Nəticədə, “Naxçıvanbank”ın illik əməliyyatı 11.56 mln manat mənfəətlə tamamlanıb. Bankın 2.31 mln manat problemli kreditlər üzrə ayırma edib.

Xalis mənfəətdən sonra “Naxçıvanbank”ın bölüşdürülməmiş mənfəəti 7.32 mln manat olub.

1 yanvar 2021-ci il tarixinə “Naxçıvanbank”ın aktivlərinin həcmi 298.58 mln manat, öhdəliklərinin 206.95 mln manat və cəmi kapitalı isə 91.62 mln manat olub.

Son xəbərlər
Oxşar xəbərlər