Bu ilin yanvar-noyabr ayları ərzində Naxçıvan MR-da dəyəri 458 milyon 7 min olan kənd təsərüffatı məhsulu istehsal olunub.
Banker.az Naxçıvan Statistika İdarəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 milyon 640 min manat və yaxud da 4.3% artım deməkdir.
Bildirək ki, ötən ilin yanvar-noyabr ayları ərzində Naxçıvn MR-da 434 milyon 367 min manatlıq kənd təsərüffatı məhsulu istehsl olunmuşdur.