23 C
Baku
Monday, September 16, 2024

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edildi

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.

Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı sərəncama əsasən, Malik Qadir oğlu Rzayev Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin olunub.

Sərəncamda daha sonra bildirilib:

“Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini Malik Qadir oğlu Rzayevə həvalə edilsin”.

Son xəbərlər
Digər xəbərlər