Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Naxçıvan Dövlət Universitetində yeni tələbə yataqxanasının tikintisi ilə bağlı açıq tender keçirir.
Banker.az xəbər verir ki, müsabiqə universitet ərazisində 1000 yerlik yataqxana kompleksinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasını nəzərdə tutur.
Satınalmanın ehtimal olunan qiyməti 1 071 047 manat təşkil edir.







