Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, habelə abadlıq-quruculuq işləri davam etdiriləcək.
Banker.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncamla Naxçıvan MR-in sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən və Naxçıvanın büdcəsindən ümumilikdə 258 milyon manat vəsait nəzərdə tutulub.
Həmin vəsaitdən Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25 milyon manat ayrılıb.







