Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə yeni rəis təyin olunub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini, Ali Məclis sədrinin səlahiyyətlərini icra edən Azər Zeynalovun müvafiq Sərəncamı ilə bu vəzifəyə Abbas İsmayılov gətirilib.
A.İsmayılov artıq kollektivə təqdim olunub.
Tədbirdə iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Prezidentinin Naxçıvan MR-dəki səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli xidmət rəisini təyinat münasibətilə təbrik ediblər, fəaliyyətində uğurlar arzulayıblar.
Qeyd edək ki, A.İsmayılov 14 aprel 1968-ci ildə Naxçıvanın Ordubad rayonunda anadan olub. 1992-ci ildən bu günə qədər vergi orqanlarında çalışır. Son illərdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Baş vergi xidməti müşaviri, iqtisadiyyat üzrə fəlsəfə doktorudur.