5 C
Baku
Şənbə, Yanvar 29, 2022

Naxçıvan-Gəncə-Naxçıvan aviareysi Rusiya şirkətinə həvalə edildi

Naxçıvan Beynəlxalq Hava Limanında Beynəlxalq və yerli reyslərin sayı artırılır. Bu tədbirlərin davamı olaraq Rusiya Federasiyasında fəaliyyət göstərən “İrAero” aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib.

İlk uçuşu sentyabrın 16-da həyata keçirilən bu reys həftədə 1 dəfə cümə axşamı yerinə yetiriləcək.

Reysin uçuş müddəti 40 dəqiqədir. Naxçıvandan uçuş 16:10-da, Gəncədən isə 18-10-da baş tutacaq. Sərnişinlərin nəzərinə çatdırmaq istəyirik ki, bu reysə bilet almaq istəyənlər Naxçıvan şəhərində və Ordubad rayonunda yerləşən aviakassalardan bilet əldə edə bilər.

Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.

Mənbə:Qaynarinfo
Son xəbərlər
Oxşar xəbərlər