19 C
Baku
Sunday, October 13, 2024

Naxçıvan iqtisadiyatı bu il 1% artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2 milyard  556 milyon 982 min manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Banker.az Naxçıvan Statistika İdarəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 66 milyon 800 min manat və ya 1% artım deməkdir.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində isə Naxçıvanda 2 milyard 490 milyon 182 min manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdi.

Son bir ildə  muxtar respublikada adambaşına düşən ümumi daxili məhsulun dəyəri 2%  artaraq 5 milyon  550 manat təşkil edib.

Həmçinin Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, sənaye üzrə 967 milyon 182 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1.5% çoxdur.

Son xəbərlər
Digər xəbərlər