Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR-da 1 803,67 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM isə 1,9% artaraq 3 945 manat olub.
Naxçıvan iqtisadiyyatında ilk yeri sənaye tutur. Bu sahədə 742,933 milyon manatlıq ÜDM istehsal edilib ki, bu da illik müqayisədə 1,2% çoxdur.