9 C
Baku
Sunday, November 17, 2024

Naxçıvan iqtisadiyyatı 2%-ə yaxın böyüyüb

Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında 674.4 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1.7% çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1.1% artaraq 1 438 manat olub.

Naxçıvanda 6 aylıq ÜDM istehsalının 255.6 milyon manatlıq hissəsi sənaye sektorunun payına düşüb. Bu, illik müqayisədə 3.9% çoxdur.

Sənaye məhsulunun 229.1 milyon manatı malların, 26.5 milyon manatı isə xidmətlərin payına düşüb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər