Cari ilin 2022-ci ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 939 milyon 834 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,4 faiz çoxdur.
Bu barədə Banker.az muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 4182,5 manat olub.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-avqust aylarında 797 milyon 859 min 700 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.
Vəsait qoyuluşları çərçivəsində 2022-ci ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 674 milyon 786 min manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,6 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 644 milyon 911 min 800 manatı və ya 95,6 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.