16 C
Baku
Friday, April 19, 2024

Naxçıvan iqtisadiyyatı 2% böyüyüb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 883 mln. 63 min manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Naxçıvanın Dövlət Statistika Komitəsini xəbər verir ki, bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8% çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2% artaraq 1983,1 manata çatıb.

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 410 mln. 601 min 300 manat həcmində məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 3,1% üstələyib.

Məlumatı APA yayıb

Son xəbərlər
Digər xəbərlər