30 C
Baku
Wednesday, August 13, 2025

Naxçıvan iqtisadiyyatı 5 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 927,3 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 % çoxdur.

Son 1 ildə muxtar respublikada əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 4,3 % artaraq 1 967 manat olub.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər