Vəsait qoyuluşları çərçivəsində 2022-ci ilin yanvar-aprel aylarında Naxçıvan MR-də bütün maliyyə mənbələrindən əsas kapitala 297 milyon 433 min 300 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1.3% çoxdur.
Banker.az bu barədə Naxçıvan MRD Dövlət Statisika Komitəsinə istinadən xəbər verir.
Komitənin məlumatına görə, əsas kapitala yönəldilmiş vəsaitin 287 milyon 364 min 300 manatı və ya 96.6%-i tikinti-quraşdırma işlərinin payına düşüb.