Bu ilin yanvra-aprel aylarında Naxçıvanda əsas kapitala 293 milyon 718 min manat məbləğində vəsait yönəldilib.
Banker.az Naxçıvan Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1.2%-dən çox vəsait yönəldilməsi deməkdir.
Qeyd edək ki, ötən il əsas kapitala yönəldilmiş vəsaitin məbləği 290 milyon 340 min manat təşkil edib.