2021-ci ilin yanvar ayında Naxçıvanda əsas kapitala 37 milyon 434 min manat məbləğində vəsait yönəldilib.
Banker.az Naxçıvan Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 1.1%-dən çox vəsait yönəldilməsi deməkdir.
Qeyd edək ki, 2020-ci ildə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 37 milyon 13 min manat təşkil edib.