28 C
Baku
Saturday, July 27, 2024

Naxçıvan Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib – Yenilənib

17:50

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatına yeni rəhbər təyin olunub.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Vəli Adəm oğlu Səfərov Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Vəli Səfərov bu təyinatadək Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışıb.

***

13:54

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən azad olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov əmr imzalayıb.

Əmrə əsasən, Piri Nağıyev tutduğu vəzifədən azad edilib. O, nazirlikdə baş məsləhətçi vəzifəsinə təyin olunub.

5441688d ce5d 3203 b4b3 c325fe116bfa

MənbəReport
Son xəbərlər
Digər xəbərlər