28 C
Baku
Saturday, July 27, 2024

“Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC yaradılıb – Təyinat

Naxçıvan MR-nın Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yaradılması haqqında fərman imzalayıb.

Banker.az xəbər verir ki, fərmana əsasən yeni qurum Naxçıvandakı Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əsasında yaradılıb.

Fərmanla yeni səhmdar cəmiyyətinin nizamnaməsi təsdiq edilib, yerli Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

V.Talıbovun imzaladığı digər fərmanla Yəhya Salman oğlu Allahverdiyev  “Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri təyin edilib. O, bundan əvvəl ləğv edilən Dövlət Komitəsinin sədr müavini olub.

Son xəbərlər
Digər xəbərlər