20 C
Baku
Thursday, May 2, 2024

Naxçıvan MR Ali Məclisi sədrinin müavini seçiləcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov mayın 12-də imzalayıb.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

– Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi

– “Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi

– “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi

– Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavininin seçilməsi

– Cari məsələ.

Son xəbərlər
 ⁠
Digər xəbərlər