9 C
Baku
Friday, December 13, 2024

Naxçıvan MR-da azad iqtisadi zonanın yaradılmasına dair qanun layihəsi gələn il təqdim olunacaq

Naxçıvan Muxtar Respublikasında azad iqtisadi zonanın yaradılması ilə bağlı qanun layihəsi gələn il hazırlanaraq təqdim olunacaq.

Bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi Naxçıvan MR Nazirlər Kabineti və Dövlət Gömrük Komitəsi ilə birlikdə qanun layihəsini hazırlayaraq 2024-cü ildə təqdim etməlidir.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər