26 C
Baku
Thursday, September 11, 2025

Naxçıvan MR-da bank əmanətlərinin həcmi açıqlandı

Bu ilin avqust ayının 1-ə Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği milli valyuta ekvivalentində 32 milyon 752 min manat təşkil edib.

Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, bir il öncəyə nisbətən 54.4 % çoxdur.

Əmanətlərin 93.2 %-i milli, 6.8 %-i xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51.2 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 2.2 dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər