Naxçıvan Muxtar Respublikası (MR) ərazisində bank hesablarının sayı 80 206 ədədə çatıb.
Banker.az xəbər verir ki, bu barədə MR-in Dövlət Statistika Komitəsinin 1 yanvar 2019-cu il tarixinə olan hesabatında deyilir.
Ötən ilin müvafiq dövründə bu rəqəm 64 484 ədəd təşkil edirdi ki, bu da bu il 24% artımın olması deməkdir.
Hesab açanların 2 060 ədədi hüquqi şəxslərə, 78 146 ədədi isə fiziki şəxlərə aid olub.
Qeyd edək ki, ümumi hesabaçanların 70 774 nəfəri işləyən şəxslərdir.