19 C
Baku
Sunday, October 13, 2024

Naxçıvan MR-da orta aylıq əməkhaqqı açıqlandı

Bu ilin yanvar-noyabr ayları ərzində Naxçıvan muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 530 manata çatdırılıb.

Banker.az bu barədə Naxçıvan Statistika İdarəsinin aylıq hesabatına istinadən məlumat verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 13.1% artıb.

Ötən ilin yanvar-noyabr aylarında Naxçıvan MR-da bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 468 manat təşkil edirdi.

Məlumat üçün bildirək ki, ölkə üzrə hazırda 705 manatdır.

 

 

Son xəbərlər
Digər xəbərlər