8 C
Baku
Friday, December 13, 2024

Naxçıvan MR-da səlahiyyətli nümayəndəliyinin fəaliyyəti belə təşkil ediləcək

Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyin fəaliyyətinin necə təşkil ediləcəyi açıqlanıb.

Banker.az xəbər verir ki, bu barədə Prezidentin təsdiq etdiyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında əsasnamədə bildirilir.

Beləliklə,

Səlahiyyətli nümayəndəliyin fəaliyyətinin təşkili

1. Səlahiyyətli nümayəndəliyin strukturunu və ştat vahidlərinin sayını Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.

2. Səlahiyyətli nümayəndəliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi (bundan sonra – səlahiyyətli nümayəndə) rəhbərlik edir. Səlahiyyətli nümayəndə səlahiyyətli nümayəndəliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

3. Səlahiyyətli nümayəndənin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Səlahiyyətli nümayəndənin müavinləri səlahiyyətli nümayəndənin onlara həvalə etdiyi vəzifələri yerinə yetirirlər və buna görə şəxsən məsuliyyət daşıyırlar.

4. Səlahiyyətli nümayəndə, onun müavinləri, səlahiyyətli nümayəndəliyin əməkdaşları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşlarıdır.

5. Səlahiyyətli nümayəndəliyin əməkdaşlarının işə qəbulunu və işdən azad edilməsini, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər