7 C
Baku
Sunday, December 15, 2024

Naxçıvan MR Dövlət Energetika Xidməti gömrük xətasına görə cərimələnir

Naxçıvan MR Dövlət Energetika Xidməti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Bu protokolun imzalanması şirkətin artıq cərimələnməsi deyil. Belə ki, Məhkəmə, iş materiallarını araşdırmaqla şirkətin cərimə edilib-edilməyəcəyinə qərar verir.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 aprel 2017-ci il tarixli 59-V FR nömrəli Fərmanına əsəsən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin bazasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti yaradılıb.

 

Son xəbərlər
Digər xəbərlər