Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru isə prokurorluqda vəzifələrin təsnifatından çıxarılır.
Qeyd edilib ki, qanun layihəsi Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yenilən təşkil olunması ilə əlaqədar hazırlanıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.