-1 C
Baku
Sunday, December 15, 2024

Naxçıvan MR-nın iqtisadiyatında bu il artım qeydə alınıb

Muxtar respublikada 2020-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 292 milyon 937 min manatlıq ümumi daxili məhsul istehsal olunub.

Banker.az Naxçıvan Statistika İdarəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisə 0,9 faiz çoxdur.

Son 1 ildə hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 4978,2 manata çatıb.

Həmçinin Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 900 milyon 258 min 500 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

Son xəbərlər
Digər xəbərlər