Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 602 milyon 760 min manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
Report Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 3593,6 manata çatıb.
Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 690 milyon 988 min 800 manat həcmində məhsul istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 2,7 faiz üstələyib.