6 C
Baku
Saturday, December 14, 2024

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.

Bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək.

Qeyd edilib ki, “Media haqqında” qanunda dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması ilə əlaqədar hazırlanıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər