7 C
Baku
Thursday, December 12, 2024

Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya ₼481 mln.-a qaldırlır

Azərbaycan Respublikasının dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən  dotasiyanın həcmi 2022-ci illə müqayisədə növbəti ildə 49.28 milyon manat, yaxud 11.4% artırılır.

Bu barədə Banker.az Maliyyə Nazirliyinin təqdim etdiyi “2023-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”na istinadən xəbər verir.

Bildirilir ki, muxtar respublikaya 480.88 milyon manat dotasiya ayrılacaq.

Qeyd edilir ki, icmal büdcənin tərkib hissəsi olan muxtar respublikanın büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 646.4 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 40.3 milyon manat və ya 6.6 faiz çoxdur.

 

Son xəbərlər
Digər xəbərlər