20 C
Baku
Wednesday, April 24, 2024

Naxçıvan Muxtar Respublikasının fonduna icraçı direktor təyin edilib

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru təyin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı bu gün müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Anar Babayev Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru təyin edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 27 mart 2018-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev olub.


©Qafqazinfo

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər